Qırğızıstanda Sadır Japarov növbədənkənar prezident seçkilərində qalib gəlir
2020-01-11 10:05
Qırğızıstanda Sadır Japarov növbədənkənar prezident seçkilərində qalib gəlir. Ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib ki, Japarov 79 faiz səslə liderdir. Respublikada idarəçilik forması üzrə referendumda isə 80 faizdən çox seçici prezident idarəçilik formasına səs verib. Qazaxıstanda keçirilən parlament seçkiləri ilə bağlı “Exit poll”un nəticələrinə əsasən isə hakim "Nur Otan" Partiyası daha çox səs toplayıb. Mərkəzi Seçki Komissiyası isə nəticələr barədə qərarını yeddi gün ərzində elan edəcək.
Nərgiz camal