Qırğızıstanın təşəbbüsü ilə Ağdamda orta məktəb tikiləcək
Qırğızıstanın təşəbbüsü ilə Ağdamda orta məktəb inşa ediləcək. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Qırğız həmkarı Ceenbek Kulubayev ilə görüşündə bildirilib. "Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyi təqdirəlayiqdir. Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəb bu dəstəyin bariz nümunəsidir",- deyə məlumatda qeyd edilib.
Fərid Mehdiyev