Canlı
Qış Olimpiya oyunlarında ilk dəfə dopinqdən istifadə hadisəsi qeydə alınıb

2018-02-13 / 09:07

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən qış Olimpiya oyunlarında ilk dəfə dopinqdən istifadə hadisəsi qeydə alınıb. Buz üstə sürətli konki sürmə yarışının iştirakçısı, yapon idmançı Key Sayto dopinq testindən keçib. 21 yaşlı Asiya təmsilçisinin orqanizmində qadağan edilmiş dərman preparatı aşkar olunub. Preparatın adı açıqlanmır.

Vəfa Şairova