"Qırmızı Körpü" gömrük postunda avtomobil ilə gələn vətəndaş saxlanılıb
2020-01-14 16:04
"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə gələn həmin ölkə vətəndaşı saxlanılıb. O, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarında olan gizli saxlanc yerlərindən "Nemiroff" markalı 25 ədəd 1 litrlik spirtli içki aşkarlanıb.
Vüsalə Camal