Putin: Rusiya və ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı kompromislərə nail olub
Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı müəyyən kompromislər mövcuddur. Bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinlə görüşdən sonra keçirilən brifinqdə bildirib.Putinin sözlərinə görə, ABŞ-ın təklif etdiyi kompromislər Ankoricdə razılaşdırılıb. O, Avropa İttifaqı və Ukraynanın döyüşlərin dayandırılması ilə bağlı razılaşmalara hazır olmadığını qeyd edib.Rusiya lideri həmçinin Moskvanın yeni Avropa təhlükəsizlik sisteminin yaradılması istiqamətində kompromislərə hazır olduğunu vurğulayıb. Ukrayna üzrə növbəti danışıqların tarixi isə hələ müəyyənləşməyib.
19 noyabr 2026

