PSJ - "Əl Nəsr" oyununun biletləri bir neçə dəqiqəyə satılıb
Fransa PSJ-si ilə Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu arasında keçiriləcək yoldaşlıq oyununun biletləri bir neçə dəqiqəyə satılıb. Lionel Messi və Kriştianu Ronaldunu üz-üzə gətirəcək qarşılaşmaya böyük maraq var. Yanvarın 19-da paytaxt Ər-Riyadda oynanılacaq matçın biletləri satışa çıxarıldıqdan sonra 2 milyondan çox insan onlayn növbəyə durub.