PSJ portuqaliyalı futbolçunu birdəfəlik transfer edib
PSJ "Benfika"dan icarəyə götürdüyü Qonsalu Ramuşu birdəfəlik alıb. Paris təmsilçisi 22 yaşlı hücumçu ilə 2028-ci ilin iyununa kimi müqavilə imzalayıb. Bu transfer üçün PSJ 65+15 milyon avro bonus ödəyəcək. Ramuş bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 15 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.
Emin İsazadə