Prorektorun qətlinə görə daha iki nəfər həbs edilib
"Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 2011-ci ildə qəsdən öldürülməsi faktı ilə bağlı Dəyanət Quliyevdən əlavə, daha iki nəfər həbs edilib. Baş Prokuroprluqdan verilən məlumata görə, cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib. Sifarişi verən, hazırda Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İnstitutun nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyev və Dəyanət Quliyevin birgə əməli törətdiyi həmkəndlisi Samir Quliyev saxlanılıblar.
Nərgiz Camalzadə