Prokurorluq xəbərdarlıq etdi: düşmənə fürsət verməyin
2020-10-25 13:04
Bəzi sosial şəbəkə istifadəçiləri və media nümayəndələri tərəfindən Ordumuzun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair video, foto və informasiyaların yayılması, eləcə də döyüş əməliyyatlarının aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlərin paylaşılaraq hadisələri qabaqlamağa çalışma cəhdləri müşahidə olunur. Bu, düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyati təhlükəsinə səbəb olur. Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və media nümayəndələrini belə hərəkətlərə yol verməməyə çağırır. Bu, qanunvericiliklə nəzərdə tutulan məsuliyyətə səbəb olur.
Vüsalə Camal