Prokurorluq orqanlarına yeni təyinatlar olub

Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrə əsasən Lənkəran rayon prokuroru Natiq Abdullayev tutduğu vəzifədən azad edilərək Bakı şəhəri Qaradağ rayonunun prokuroru vəzifəsinə təyin olunub. Tovuz rayon prokuroru vəzifəsini icra edən Fəxrəddin Məmmədov isə Bərdə rayon prokuroru vəzifəsinə təyinat alıb.

Rühəngiz Hacızadə