Prezidentlər COP29-a dəvət edilib
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen COP29-a dəvət edilib. Bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov sosial şəbəkədəki hesabında yazıb.
Monteneqro Prezidenti Yakov Milatoviç də eyni tədbirə dəvət alıb. Dəvət məktubunu Milli Məclisin sədri Sahibə Qafarova təqdim edib.
Qayana, Surinam və Ekvador prezidentləri də COP29-a dəvət olunub.
Azad Mustafayev