Prezidentlər Türk Dövlətləri Təşkilatı və qardaş ölkələr arasında əməkdaşlığın inkişafını müzakirə ediblər
Dünən Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşündə Türk Dövlətləri Təşkilatı və qardaş ölkələr arasında əməkdaşlığın inkişafı müzakirə edilib. Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti qeyd olunub. Rəcəb Tayyib Ərdoğan qeyri-rəsmi Zirvə görüşündə və COP29-da iştirak edəcəyini bildirib. Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb.
Vüsalə Cənnətova