Prezidentin köməkçisi Ermənistanın məqsədli müharibə cinayətlərini dözülməz adlandırıb
2020-10-28 15:07
“Ermənistanın silahlı qüvvələrinin Tərtərə raket hücumlarından sonra Bərdəyə raket zərbələri endirilib. Dünən mülki şəxslərin kasset silahlarla öldürülməsindən heç bir dərs çıxarılmayıb”. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb. “Ermənistan işğala və hərbi cinayətlərinə son qoymalıdır. Mülki əhali arasında itkilər var. Ermənistanın belə məqsədli müharibə cinayətləri dözülməzdir”, - deyə əlavə edib.
Fərid Mehdiyev