Prezidentin köməkçisi Ermənistanın Azərbaycana hərbi hücumlarını təcavüz aktı adlandırıb
2020-10-25 14:03
"Ermənistan ərazisindən Zəngilan, Qubadlı və Laçının sərhəd rayonları boyunca Azərbaycana hərbi hücumlar BMT Nizamnaməsində təsbit edilmiş təcavüz aktıdır". Prezidentin köməkçisi Hikmət Hacıyev özünün tvitter səhifəsində eləcə də yazıb ki, Ermənistan ordusunun döyüş bölgəsindən uzaqda yerləşən Gəncəyə – mülki vətəndaşların yaşayış yerinə ballistik raket hücumu zamanı həlak olan Rusiya vətəndaşı Artur Mayakovun Aleksandr Nevski Kilsəsində anım mərasimi keçirilib.
Vüsalə Camal