İnkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi üçün xüsusi fondun yaradılmasını planlaşdırırıq. Onlar üçün iqlim dəyişikliyi təhlükədir. Bunu Prezident İlham Əliyev 9-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin açılış mərasimində deyib. "COP29 çərçivəsində səylərimizi səfərbər edib, diqqətimizi planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik", - deyə dövlət başçısı qeyd edib. Prezident İlham Əliyevə “Caspian Energy” jurnalının yubiley nüsxəsi də təqdim edilib.
Vüsalə Cənnətova