Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə, Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə, eyni zamanada 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar.
Prezident İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin və inzibati binanın təməllərini qoyub.
Prezident və birinci xanım İstisu Mineral su zavodunun açılışında iştirak ediblər.
Azərbaycan Lideri “Zar” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən “Toğanalı” KSES-in açılışını edib. Eyni zamanda, dövlətimizin başçısına Kəlbəcərdə, Laçında və Ağdərədə tikintisinə başlanılan ümumi gücü 37,5 MVt olan 6 KSES barədə məlumat verilib.
Ölkə başçısı İstisu qəsəbəsində “Azərişıq” ASC-nin “İstisu” yarımstansiyasının açılışında iştirak edib.
Zülfiyyə Telmanqızı