Prezident və digər dövlət xadimlərinin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub
Azərbaycan Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib. Külli miqdarda pul vəsaitlərini cinayət əməlləri ilə ələ keçirən beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukraynada cinayət məsuliyyətinə cəlb edilib. Cinayət əməllərinin törədilməsində iştirak edən Azərbaycan vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu həbs olunub.
Azad Mustafayev