Prezident və birinci xanım Hidayət Heydərova zəng ediblər
Azərbaycan cüdoçusu Hidayət Heydərov Parisdə olimpiya çempionu olub. 73 kq çəki dərəcəsində idmançımız fransalı Con Benjamin Qabanı üstələməklə komandamıza qızıl medal qazandırıb. Parisdə Azərbaycan bayrağı qaldırılaraq, dövlət himnimiz səsləndirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hidayət Heydərova zəng edərək ona təbriklərini çatdırıb, gələcək idman fəaliyyətində yeni qələbələr arzulayıblar. Qazanılan ilk medaldan sonra Azərbaycan Yay Olimpiya Oyunlarındakı medal sıralamasında 15-ci pillədə qərarlaşıb.
Fərid Mehdiyev