Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Kəlbəcərin Vəngli kəndində olublar. Ölkə rəhbəri ermənilərin azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəltdiyi lövhənin sökülməsi ilə bağlı tapşırıq verib. Şuşaya gələn dövlət başçısı və birinci xanım şəhərdə 23 binadan ibarət yaşayış kompleksində görülən işləri izləyiblər. “Qızlar Gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlər və Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda aparılacaq bərpa və yenidənqurma layihələri ilə tanış olublar. “Yasəmən” hotelinin açılışında iştirak ediblər. Şuşada Qala divarına və ətraf əraziyə, peşə məktəbinin və kollecin binasına baxış keçiriblər. Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışını ediblər. Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa işləri ilə də tanışlıq olub.
Lalə Nəsib