Prezident və xanımı Zəngilan rayonunda olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda da olublar. Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüş olub, Arximed turbini tipli Su Elektrik Stansiyası işə salınıb, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıq olub, şəhərdə ilk yaşayış binasının və məktəbin təməli qoyulub.