Prezident və birinci xanım Şuşaya səfər ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən gün Şuşaya səfər ediblər. Şəhərdə 23 binadan ibarət yaşayış kompleksində görülən işləri izləyiblər. Daha sonra “Qızlar Gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlər, Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda və Mamayı məscidində aparılan bərpa və yenidənqurma layihələri ilə tanışlıq olub. “Yasəmən” hotelinin, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışı edilib. Şuşada Qala divarına və ətraf əraziyə, peşə məktəbinin və kollecin binasına baxış keçirilib. Prezident və xanımı İsa bulağında olublar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşadan fotolar paylaşıb.
Nərgiz Camalzadə