Prezident Türkiyəli həmkarına başsağlığı verib
Prezident İlham Əliyev Bartın vilayətindəki mədəndə baş vermiş partlayışla bağlı Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. "Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm", - deyə başsağlığında qeyd edilib.