Elçin Bağırov Azərbaycan Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilərək Birləşmiş Ərəb Əmirliklərində səfir təyin edilib. Mahir Əliyev ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfiri vəzifəsindən geri çağırılıb. Tural Rzayev Misir və Sudanda səfir, Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb və Əlcəzairə səfir təyin olunub. Elxan Poluxov Azərbaycanın Misirdə səfiri təyin edilib. Fikrət Axundov Niderland Krallığında səfir, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb, Rəhman Mustafayev ölkəmizin Niderlandda, İlqar Muxtarov isə Vatikanda səfir təyin edilib. Leyla Abdullayeva isə Azərbaycanın Fransada səfiri təyin edilib. Bunlarla bağlı prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.