Prezident seçkilərində iştirak etmək üçün 17 nəfər namizəddir
Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülənlərin sayı 17 nəfərdir. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, onlardan 7-i namizədliklərinin qeydə alınması üçün imza vərəqləri və digər tələb olunan sənədləri MSK-ya təqdim edib. 3 nəfərin namizədliyi qeydə alınıb, 4 nəfərin sənədlərinə isə MSK-nın qarşıdakı günlərdə keçiriləcək iclaslarında baxılacaq. Məzahir Pənahov növbədənkənar prezident seçkiləri ilə əlaqədar azad edilmiş ərazilərdə məntəqə seçki komissiyalarının artıq formalaşdırıldığını da sözlərinə əlavə edib.
Fərid Mehdiyev