Canlı
Prezident seçkiləri ilə bağlı qaydalar dəyişdirilir

2017-12-06 / 15:59

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir. Bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq.

Fərid Mehdiyev