2020-03-05 18:05
Prezident İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli şəhərində 960 şagird yerlik, Şəmkir şəhərində 1600 şagird yerlik, Ağstafa rayonunun Sadıqlı kəndində 360 şagird yerlik məktəb binalarının tikintisi, Qazax şəhərində 700 şagird yerlik Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Təhsil Nazirliyinə ümumilikdə 9 milyon manat vəsait ayırıb. Dövlət başçısının sərəncamları ilə Goranboyda 31 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi və Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ümumilikdə 9 milyon manat ayrılıb.
Vüsalə Camal