Canlı
Prezident rabitə işçilərini təltif edib

2018-12-05 / 17:49

Prezident İlham Əliyev ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Şair Balaşərif oğlu Alxasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezident məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə Fərhad Abdullayevi isə “Şöhrət” ordeni ilə təltif edib. Ölkə başçısı dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağa-Bala Şamxal oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb. Prezident İlham Əliyevin növbəti sərəncamı rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxsin fəxri adlarla təltif edilməsi haqqındadır.

Fərid Mehdiyev