Prezident Milli Məclisin iclasına gələndə Dövlət himni ifa ediləcək
2020-03-17 10:00
Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin iclasına gəldiyi zaman Azərbaycan Respublikasının Dövlət himni ifa ediləcək. Bu, Milli Məclisin Daxili Nizamnaməsinə təklif edilən dəyişiklikdə əksini tapıb. “Televiziya və radio yayımı haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə Dövlət Himni hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımının əvvəlində səsləndirilməlidir.
Fərid Mehdiyev