Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər
Dövlətimizin başçısı və birinci xanım Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar, Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər. Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Füzuli rayonuna səfərdən görüntülər paylaşıb.