Prezident İlham Əliyev sərəncam imzalayıb
Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə cüdonun inkişafında xidmətləri olan bir qrup idman mütəxəssisi “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Şöhrət” ordeni,“Tərəqqi” medalı ilə mükafatlandırılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək.