Prezident İlham Əliyev Səmərqənddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb
Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə əsaslanan dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bölgədə vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edilıb, Soçi görüşünün nəticələri barədə fikir mübadiləsi aparılıb.