Prezident İlham Əliyev Sofiyada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb
Enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulub,TAP layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin Yunanıstan ilə Bolqarıstan arasındakı təbii qaz interkonnektorunun əhəmiyyəti qeyd olunub. Eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun vacibliyi bildirilib.