Prezident İlham Əliyev Qarabağda görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Qarabağdadır. Dövlət başçısı Xocalı hava limanında olub, Qarabağ Universitetində görülən işlərlə maraqlanıb.
Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” və “Palace” hotellərinin açılışında iştirak edib. Xankəndi Konqres Mərkəzinin təməli qoyulub.
Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin, sutəmizləyici qurğular kompleksinin, bərpadan sonra Aşağı Gövhər Ağa məscidinin və Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışlarında iştirak edib.
Zülfiyyə Telmanqızı