Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb
Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bunu Laçına səfər edən, şəhərdə Bayrağımızı ucaldan Prezident İlham Əliyev bildirib. Dövlət başçısı səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində 2400 metr uzunluğunda olan Laçın Beynəlxalq Hava Limanına giriş tunelinin inşası ilə tanış olub. “Azərenerji” tərəfindən Laçın şəhərində inşa ediləcək “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.