Prezident İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib. Ali Baş Komandan Azərbaycan Ordusunun hərbi qulluqçularının əks olunduğu fotonu rəsmi feysbuk və instaqram profilindən paylaşıb. Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi tviter, feysbuk, instaqram hesablarında etdiyi paylaşımlarda “Uca Tanrıdan şəhidlərimizə rəhmət, onların ailələrinə güc və səbir diləyirəm!” deyə qeyd edib.