Prezident İlham Əliyevlə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında geniş tərkibdə görüş keçirilib. İlham Əliyev Füzuli şəhərində məscid tikintisinə verdiyi dəstəyə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistan dövlətinə təşəkkür edib. O, Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfərinin iki ölkə arasındakı qardaşlıq və dostluq münasibətlərini daha da gücləndirəcəyini bildirib. Türkmənistan Prezidenti isə Azərbaycanla siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. O, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, Xəzər dənizi ilə bağlı birgə fəaliyyətin və nəqliyyat-tranzit layihələrinin əhəmiyyətini qeyd edib. Sərdar Berdiməhəmmədov Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Komissiyasının fəaliyyətinin daha da fəallaşdırılmasını təklif edib.Tərəflər ticarət, logistika, enerji, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
22 iyun 2026

