Canlı
Prezident İlham Əliyevin iştirakı ilə Quba “ASAN həyat” kompleksi istifadəyə verilib

2017-12-07 / 13:59

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubaya səfər çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” kompleksinin açılışında iştirak ediblər. Dövlət başçısı Quba “ASAN xidmət” Mərkəzini işə salıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin “ABAD” Mərkəzində də olublar. Dövlət başçısı “ABAD”çı ailələrin hazırladıqları yeni məhsullara baxıb. Azərbaycan Prezidenti və xanımı Quba Bayraq Muzeyinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında da iştirak ediblər.

Ruhəngiz Hacızadə