Canlı
Prezident İlham Əliyevin iştirakı ilə Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışı olub

Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib. Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib və bina ilə tanış olub. Sonra Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev “Majestic Palace” otelinin tikintisi ilə tanış olub. Dövlət başçısına tikinti işlərinin gedişi, həmçinin şəhərdə aparılan abadlıq-quruculuq işlərinin layihələri barədə məlumat verilib. Dövlət başçısı “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə, İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə də tanış olub.

Vəfa Şairova