Prezident İlham Əliyevin “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşü olub
2020-01-23 16:00
Preziden İlham Əliyev “procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşüb. Söhbət zamanı bildirildi ki, “Procter and Gamble Europe” şirkəti fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətindədir və regional mərkəz olaraq məhz Bakı şəhəri seçilib. Vurğulandı ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və Azərbaycanda yaradılan biznes mühiti şirkətin ölkəmizdəki ofisi vasitəsilə Şərqə doğru genişlənməsinə əlverişli imkan yaradacaq.
Vüsalə Camal