Canlı
Prezident İlham Əliyev XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub

2018-05-16 / 19:03

Prezident İlham Əliyev sərəncamlar imzalayıb. Sənədlərə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsindən 10 milyon manat, Culfa–Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlərlə əlaqədar 30 milyon manat, Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı 10 milyon manat, Naxçıvan ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi üçün 5 milyon manat ayrılıb.

Vüsalə Camal