Prezident İlham Əliyev Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib
Xaçmazda səfərdə olan Prezident İlham Əliyev Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib. Mərasimdən sonra dövlət başçısı Xudat şəhərinin bir qrup sakini ilə görüşüb. İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində Yalama kəndindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub. “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirak edib.
Ruhəngiz Hacızadə