Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verərək bildirib ki, təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur.

