Canlı
Prezident İlham Əliyev və xanımı Qubada bir sıra obyektlərin açılışında iştirak ediblər

2018-10-11 / 14:40

Şimal regionunda səfərdə olan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olublar. Dövlət başçısı və xanımı Quba Rayon Mərkəzi Xəstəxanasının, Quba şəhərində 100 yerlik “Günəş” körpələr evi-uşaq bağçasının, “ABAD Factory” İstehsalat Kompleksinin, həmçinin “Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodunun açılışında iştirak ediblər.

Ruhəngiz Hacızadə