Canlı
Prezident İlham Əliyev və xanımı “Bakutel-2017” sərgisi ilə tanış olublar

2017-12-06 / 12:04

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanış olublar. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə nümayiş etdirilən pavilyonlara baxıblar. “Bakutel-2017” sərgisi ilə tanışlıq zamanı Prezident İlham Əliyev “Euronews” və “Rossiya-24” telekanallarının suallarını cavablandırıb.

Ruhəngiz Hacızadə