Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər ediblər. Şəhərdə 23 binadan ibarət yaşayış kompleksində görülən işləri izləyiblər. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq. Daha sonra “Qızlar Gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlər, Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda və Mamayı məscidində aparılan bərpa və yenidənqurma layihələri ilə tanışlıq olub. “Yasəmən” hotelinin, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışını edilib. Şuşada Qala divarına və ətraf əraziyə, peşə məktəbinin və kollecin binasına baxış keçirilib. Prezident və xanımı İsa bulağında olublar.
Lalə Nəsib