Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında foto paylaşıb. Birinci vitse-prezident Mehriban Əliyeva da rəsmi instaqram hesabında Zəfər Günü ilə bağlı paylaşım edib. “Milli qürurumuzun təntənəsinə çevrilən Zəfər Günü münasibətilə hər kəsi təbrik edirəm! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!” - deyə paylaşımda qeyd edilib.
Nərgiz Camalzadə