Prezident İlham Əliyev Tərtər və Bərdədə səfərdə olub

2021-10-04 10:07

Prezident İlham Əliyev Tərtər və Bərdədə səfərdə olub. Dövlət başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib. Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan yolunun təməlini qoyub. Tərtərin Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. Prezident Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və pravoslav kilsələrində də olub. “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını edib. Tərtər sakini Sahib İsmayılovun Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket hücumu nəticəsində dağılmış evinə baxıb və yerinə inşa edilən evdə yaradılan şəraitlə tanış olub. İlham Əliyev rayon mərkəzində ermənilər tərəfindən Tərtərə atılmış mərmilərə baxıb. Dövlət başçısı Bərdədə də olub, Peşə Liseyinin açılışında iştirak edib.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik