Prezident İlham Əliyev Türkiyəli həmkarına başsağlığı verib
2020-02-28 14:00
Prezident İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. “Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım. Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.” – deyə dövlət başçısı vurğulayıb. İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub.
Nərgiz Camal