2021-02-25 10:00
Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı doğum günü münasibətilə təbrik edib. "Bu gün Türkiyə əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilib. Heç şübhəsiz ki, qazanılmış bütün bu uğurlar bilavasitə Sizin böyük dövlət xadimi kimi gərgin fəaliyyətinizin nəticəsidir. Azərbaycan-Türkiyə münasibətləri də hazırda özünün ən yüksək səviyyəsindədir", - deyə dövlət başçısı qeyd edib. Rəcəb Tayyib Ərdoğanın ikitərəfli əlaqələr və strateji müttəfiqliyin daha da möhkəmləndirilməsində qətiyyəti, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyi yüksək qiymətləndirilib.
Nərgiz camal