Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb
2021-02-25 10:00
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. Məktubda "Əziz Qardaşım, Ad gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü ali səviyyəyə yüksəlməsində Sizin əvəzsiz rolunuz vardır. Birliyimizin və müttəfiqliyimizin möhkəmləndirilməsi yolunda davamlı səyləriniz, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsi işinə verdiyiniz daimi dəstək ölkəmizdə Sizə dərin hörmət və ehtiram qazandırmışdır " - deyilir.
Nərgiz camal